Dünya

Rusiyada milyardlıq dələduzluq: Deputat ölkədən qaçdı

Sharing is caring!


Krasnoyarsk diyarının hüquq-mühafizə orqanları biznesmen və vilayətin Qanunvericilik Məclisinin deputatı Roman Qoldmana qarşı cinayət işi açıb. O, dələduzluqda ittiham olunub.

Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, hazırda polis bütün zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirir.

“Roman Qoldmana məxsus “Aqro Vklad” kənd təsərrüfatı krediti istehlak kooperativinin 1000-dən çox səhmdarı artıq Rusiya Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsi ilə əlaqə saxlayıb. Dəymiş ziyanın ilkin məbləği milyard rubldan (19,2 milyon manatdan) çoxdur”, – deyə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İstintaq İdarəsindən bildirilib.

Müstəntiqlər Qoldman və onun şirkətlərinə məxsus 380-dən çox obyektə həbs qoyulmasını tələb edirlər. Həmçinin, Rusiya DİN-nin Krasnoyarsk diyarı üzrə Baş İdarəsi Roman Qoldmanın beynəlxalq axtarışa verilməsi üçün sənədlər hazırlayır.

Mediada yayılan məlumata görə, Qoldman özü kooperativi bağlayıb və Maldivə gedib. Krasnoyarsk Qanunvericilik Məclisi artıq biznesmeni mandatdan məhrum edib.

Mənbə: İz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir