Dünya

“Taliban” kişilərin qadın paltarı tikməyini qadağan etdi

Sharing is caring!


Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatı kişilərin qadın paltarı tikməyini qadağan edib.

Qadağanın icrasına “Taliban” tərəfindən təsis edilən Əxlaqı Təbliğ etmək və Əxlaqsızlıqların Qarşısını Almaq qurumu nəzarət edəcək.

Qeyd olunur ki, artıq sözügedən qadağa Heratda tətbiq edilib, kişilərin işlədiyi bütün qadın atelyeləri qapadılıb.

Gəlir mənbəyini itirən bir qrup əfqanıstanlı isə qadağaya etiraz olaraq Heratın qubernatorluq binası qarşısında etiraz aksiyası keçirib.

Mənbə: Etilaatroz

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir