Dünya

Məşhur amerikalı aktyor cinsi qısnama ittihamı ilə məhkəməyə verilib

Sharing is caring!


Amerikalı aktyor və müğənni, həmçinin “Oskar” mükafatı laureatı Ceymi Foks cinsi qısnama və fiziki xəsarət yetirmə ittihamları ilə üzləşib.

Ona qarşı müvafiq iddia Nyu-York şəhərinin Ali Məhkəməsində qaldırılıb.

Mənbənin yazdığına görə, 55 yaşlı aktyora qarşı ittihamlar adı açıqlanmayan qadın tərəfindən irəli sürülüb.

Qadın hadisənin 2015-ci ildə Nyu-Yorkdakı restoranlardan birində baş verdiyini bildirib.

İddiaya görə, məşhur aktyor qadının razılığı olmadan, ona güc tətbiq edərək zərif cinsin nümayəndəsinin intim hissələrinə toxunub.

Qadın sənətçidən fiziki və mənəvi ziyana görə kompensasiya tələb edir.

Mənbə: CNN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir