Dünya

Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında – FOTO

Sharing is caring!


Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının nümayəndəsi Van Veyveyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi arasında noyabrın 22-də Sumqayıt Kimya Sənaye Parkında görüş keçirilib.

İZİA-dan verilən məlumata görə, qonaqlara İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli biznes imkanları barədə məlumat verilib, agentliyin təqdimatı nümayiş etdirilib.

Görüş çərçivəsində tərəflər arasında iqtisadiyyat və sənayenin müxtəlif sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib, Çin şirkətləri sənaye zonalarında, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında mövcud əlverişli biznes imkanlarından yararlanmağa dəvət edilib.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidentləri “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr və “SOCAR Polymer” MMC-nin Polipropilen (PP) və Yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı müəssisələrinin fəaliyyətləri ilə tanış olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir