Dünya

Fransalı fermerlərdən hakimiyyətə etiraz: Şəhər meriyasına tonlarla peyin və zibil gətirildi – VİDEO

Sharing is caring!


Fransa fermerləri yerli hakimiyyət orqanlarına etiraz edirlər.

Kaor şəhərində fermerlər Vahid Kənd Təsərrüfatı Siyasəti dövlət proqramı çərçivəsində yardımın gecikdirilməsinə etiraz olaraq, şəhər meriyasına tonlarla peyin və zibil gətiriblər.

Daha sonra onlar artan vergilərə və gübrə qiymətlərinə etiraz olaraq, Tuluza hökumət binası qarşısında özləri ilə gətirdikləri peyinləri yandırıblar.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir