Dünya

Rusiyada Xoşbəxtlik Nazirliyi yaradıla bilər

Sharing is caring!


Rusiyada ümumbəşəri xoşbəxtlik haqqında qanun qəbul edilməli və müvafiq nazirlik yaradılmalıdır.

Bu təkliflə Federasiya Şurasının sədri Valentina Matvienko çıxış edib.

“Mən təklif etdim ki, gəlin Rusiyada Xoşbəxtlik Nazirliyi yaradaq. Bu idarə hər bir yeni qanun və ya yeni hökumət fərmanının insanları nə dərəcədə sevindirməsini yoxlayacaq qurum olmalıdır”, – Matvienko “Rusiya” sərgisi çərçivəsində “Bilik” cəmiyyətinin marafonunda çıxışı zamanı deyib.

O, bu məsələ ilə bağlı böyük dəstək qrupuna malik olduğunu qeyd edib.

Xatırladaq ki, hələ 2018-ci ildə Matvienko yaşlı insanlarla işləyə bilən Tənhalıq Nazirliyi yaratmağı təklif etmişdi.

Mənbə: vedomosti.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir