Dünya

İspaniya La Liqasının prezidenti istefa verdi

Sharing is caring!


İspaniyada 1-ci və 2-ci liqalarda mübarizə aparan 42 futbol klubunun daxil olduğu La Liqanın prezidenti Xavyer Tebas istefa verib.

Bu səbəbdən 2024-cü ildə keçiriləcək olan La Liqa prezident seçkilərinin il ərzində baş tutması gözlənilir.

İspaniya mətbuatında 2013-cü ildən bəri üç müddətdir ölkə La Liqasının prezidenti vəzifəsini icra edən Tebasın istefasının yenidən seçilmək məqsədi daşıdığı iddiaları yer alıb.

Xavyer Tebas vəzifədə olduğu müddətdə futbolda danışılmış oyunlara hərtərəfli nəzarət, irqçiliklə mübarizə, klublara iqtisadi nəzarət və televiziya hüquqlarının bölüşdürülməsi ilə bağlı atdığı addımlarla diqqət çəkib. Onun ilin sonundan əvvəl keçirilməsi gözlənilən seçkilərdə qarşısına namizəd çıxmayacağı təqdirdə La Liqada dördüncü müddət üçün prezidentlik vəzifəsini icra edəcəyi qeyd edilir.

Eyni zamanda La Liqada prezident seçkisinin gələn il keçiriləcək İspaniya Futbol Federasiyasına başçı seçkisi ilə toqquşmaması üçün belə bir addım atıldığı ilə bağlı da fikirlər mövcuddur.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir