Dünya

Zelenski Trampla müzakirələrə hazır olduğunu dedi: “Gəlsin, görək onun sülh planında nələr var”

Sharing is caring!


Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-nin keçmiş prezidenti Donald Trampla Ukrayna münaqişəsinin həllinə dair planını müzakirə etməyə hazır olduğunu bildirib.

“Gəlin, onunla danışaq və imkan verək ki, sülh düsturunda hansı addımların olduğunu göstərsin. Mən hazıram. Təbii ki, onun konkret sülh planı varsa, mənimlə bölüşə bilər”, – deyə Zelenski “Fox News”a müsahibəsində qeyd edib.

Eyni zamanda Zelenski vurğulayıb ki, Kiyevin Krımı və Donbası Rusiyanın bir hissəsi kimi tanımasına əsaslanan hər hansı təşəbbüsü sülh planı hesab etmir. Lakin etiraf edib ki, bu, münaqişəni dayandırmağa kömək edə bilərdi.

Xatırladaq ki, Donald Tramp dəfələrlə 2024-cü ildə ABŞ prezidentliyinə seçilərsə, Ukraynadakı münaqişəni 24 saat ərzində həll edə biləcəyini söyləyib. Volodimir Zelenski isə noyabrın 5-də NBC televiziyasına müsahibəsində Trampı Ukraynaya dəvət edib və ona 24 saat ərzində sülh nizamlanmasına nail ola bilməyəcəyini 24 dəqiqə ərzində başa salacağını bildirib.

ABŞ-nin keçmiş prezidenti daha sonra bu təklifi rədd edib və maraqların toqquşması kimi münaqişə yaratmaq istəmədiyini nəzərə çatdırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir