Dünya

Rişi Sunakdan pandemiya dövründə qalmaqallı çağırış: “Qoy ölsünlər”

Sharing is caring!


İngiltərənin Baş naziri Rişi Sunak, COVID-19 pandemiyasının ən pik vaxtı ikinci milli karantin tətbiq etməkdənsə, “insanların ölməsinə icazə verməyə” çağırış edib.

Bu barədə Britaniya hökumətinin böhran zamanı fəaliyyəti ilə bağlı istintaq zamanı məlum olub.

Pandemiya zamanı baş elmi məsləhətçi olan Patrik Vallans 25 oktyabr 2020-ci ildə gündəliyində ovaxtkı Baş nazir Boris Conson ilə ozamankı Maliyyə Nazirliyinin rəhbəri Sunak arasında görüş haqqında yazıb.

İstintaq zamanı ortaya çıxan qeyddə göstərilir ki, Consonun pandemiya dövründə baş müşaviri Dominik Kammings görüş zamanı eşitdiklərini Vallansa deyib. Vallans Kammingsin dediklərini öz gündəliyində belə yazıb:

“Rişi düşünür ki, qoy insanlar ölsünlər və bu normaldır”.

Sunak hələlik bu iddialarla bağlı şərh verməyib. Baş nazirin sözcüsü bildirib ki, Sunak öz mövqeyini istintaq zamanı ifadə verərkən açıqlayacaq.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir