Dünya

Azərbaycanlı futbolçu İsveç komandasında hokkey matçına çıxdı – FOTO

Sharing is caring!


İsveçin “Yurqorden” futbol komandasının üzvləri özlərini hokkey oyununda sınayıblar.

“Yurqorden” klubunda oynayan Azərbaycan millisinin üzvü Musa Qurbanlı komandanın heyətində hokkey matçına çıxıb.

Bu barədə futbolçu öz “Instagram” səhifəsində paylaşım edib.

Matçda “Yurqorden”in futbolçu və məşqçi heyəti qarşılaşıb.

Xatırladaq ki, İsveçdə 2023-cü il daxili çempionata yekun vurulub və “Yurqorden” 4-cü yeri tutub. İsveçdə “Yurqorden”in hokkey komandası da fəaliyyət göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir