Dünya

Martinikada partiya lideri: “Fransa hökuməti qadınların imkanlarından istifadə etməyə qoymurdu”

Sharing is caring!


“Milli mübarizəmizdə artıq yeni feminizm fikri formalaşıb”.

“Report” xəbər verir ki, bunu Martinika Azadlıq Partiyasının lideri Lyuk Frensis Kerol Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə həyata keçirilən “Dekolonizasiya: Qadınların Gücləndirilməsi və İnkişafı” mövzusunda tədbirdə deyib.

“Çünki, təəssüf ki, dünyada hələ də çoxlu sayda qadın zorakılığa məruz qalır. Mübarizəçi korsikalılar çalışırlar ki, qadınların hüquqları təmin olunsun. Biz 2015-ci ildə seçkidə qalib gələndən sonra gender bərabərliyini təmin etməyə çalışmışıq. Həmin dövrə qədər Fransa hökuməti qadınların imkanlarından istifadə etməyə imkan vermirdi”, – deyə o əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir