Dünya

Türkiyədə qasırğa nəticəsində doqquz nəfər ölüb – FOTO

Sharing is caring!


Noyabrın 18 və 19-da Türkiyədə qasırğa və güclü yağışlar zamanı doqquz nəfər həlak olub.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Dünən demək olar ki, bütün ölkəni əhatə edən leysan yağışları, sel və qasırğa nəticəsində doqquz vətəndaşımız həlak olub, 52 nəfər yaralanıb, 11 nəfər itkin düşüb”, – Ərdoğan “X” (keçmiş “Twitter”) sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, pis hava şəraitinin nəticələrinin aradan qaldırılmasına fövqəladə hallar departamentinin, sahil mühafizəsinin və digər strukturların yeddi min əməkdaşı cəlb olunub, onların səyləri ilə 110 nəfər xilas edilib. Prezident bildirib ki, batmış yük gəmisindən 11 dənizçinin axtarışı davam edir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir