Dünya

İranda məhbusların saxlandığı təcridxanadan işgəncələrlə bağlı görüntülər – VİDEO

Sharing is caring!


İranda etiraz aksiyalarında tutulan məhbusların saxlandığı Təbriz həbsxanasının təcridxanasında işgəncələrlə bağlı dəhşətli görüntülər yayılıb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, kadrları güneyli vəkil Sina Yusifi paylaşıb.

Onun sözlərinə görə, İran hökumətinin ən qorxulu həbsxanalarının birinin gerçəklərini üzə çıxaran bu video 2022-ci il noyabrın 19-da çəkilib.

“Bura, mənim və həmkarlarımın məhbuslarla əlaqə saxlaya bilməməyimiz üçün təcridxananın karantin bölməsidir. Müvəkkillərimin bir çoxunun bu bölmədə ifadələri alınıb, aksiyada saxlanılan şəxslər orada döyülüb, işgəncələrə məruz qalıblar”, – deyə vəkil videonun şərhində bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir