Dünya

Mərkəzi Bankı ləğv etməyə söz verən şəxs Argentinanın yeni prezidenti oldu – VİDEO

Sharing is caring!


Argentinada keçirilən prezident seçkisinin ikinci turunda Xavyer Miley rəqibini geridə qoyaraq ölkəsinin yeni prezidenti seçilib.

Səsvermənin ilkin nəticələri elan olunandan sonra onun bir neçə min tərəfdarı Buenos-Ayres küçələrinə çıxaraq qələbəni qeyd ediblər.

Öz növbəsində, yeni seçilmiş prezidentin əsas rəqibi olmuş Serxio Massa artıq seçkidəki məğlubiyyətini etiraf edib.

Məlumat üçün əlavə edək ki, ixtisasca iqtisadçı olan Xavyer Miley hesab edir ki, dövlətin insanların həyatına müdaxiləsi minimal olmalıdır. O, Mərkəzi Bankı ləğv edəcəyini vəd edir və milli valyutanın dollarla əvəzlənməsini təklif edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir