Dünya

İspaniyada dörd klubun azarkeşləri dalaşıblar – VİDEO

Sharing is caring!


Sevilyada İspaniyanın dörd La Liqa klubunun nümayəndələri arasında münaqişə baş verib.

Məlumata görə, insident “Betis” tərəfdarından birinin “Barselona” və “Atletiko Madrid” azarkeşlərilə birgə ad gününü qeyd edərkən baş verib.

Belə ki, bir müddət sonra tədbirdə radikal “Sevilya” azarkeşləri peyda olub və dava salıblar.

Münaqişə nəticəsində dörd nəfər saxlanılıb. Onlar xuliqanlıq və sağlamlığa xəsarət yetirməkdə ittiham olunublar.

Bir nəfər isə ağır yaralanaraq yerli xəstəxanaya təxliyə edilib.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir