Dünya

İndoneziyada qatarın mikroavtobusla toqquşması nəticəsində 11 nəfər ölüb – FOTO

Sharing is caring!


İndoneziyanın Şərqi Yava əyalətində qatarın mikroavtobusla toqquşması nəticəsində azı 11 nəfər ölüb.

Bu barədə hadisə yerində işləyən xilasedicilər məlumat verib.

Qeyd olunub ki, qəza yerli vaxtla saat 19:53-də (Bakı vaxtı ilə 17:53 – red.) mikroavtobus nizamlanmayan dəmir yolu keçidində relsləri keçərkən baş verib. Hadisə nəticəsində 11 nəfər ölüb, daha üç nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir