Dünya

Domeniko Tedesko: “Azarkeşlər həmişə Avropa çempionluğunu xəyal edə bilərlər”

Sharing is caring!


“Azarkeşlər həmişə Avropa çempionluğunu xəyal edə bilərlər. Ancaq biz təvazökar qalmalı və çox çalışmaqda davam etməliyik”.

“Report” xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasını 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis Almaniyada keçiriləcək final mərhələsinə qədər üstün cəhətlərini təkmilləşdirmək istədiklərini bildirib:

“Bizim üçün əsas məqsəd nəyi yaxşı etdiyimizi görməkdir. Bu cür davam etmək və yaxşı məqamları təkmilləşdirmək istəyirik. Avropa çempionatında favorit olub-olmayacağımızı bilmirəm. Digər komandaların oyunlarına baxmıram. Yalnız öz komandamızla maraqlanıram”.

Çalışdırıcı qarşılaşmada pokerin müəllifi olan hücumçu Romelu Lukakunu da tərifləyib:

“Lukaku çox sərrast görünür. O, fantastik hücumçu və insandır”.

Qeyd edək ki, Belçika yığması F qrupunda 20 xalla birinci yeri tutub. Azərbaycan millisi isə yeddi xalla qrupu 4-cü pillədə tamamlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir