Dünya

Rusiyada 11 yaşlı oğlan dostunu baltalayaraq öldürüb – VİDEO

Sharing is caring!


Rusiyada 11 yaşlı oğlan anasını təhqir etdiyinə görə dostunu baltalayaraq öldürüb, cəsədi arabaya qoyub və çaya atıb.

Hadisə Krasnoyarsk diyarının Açinsk şəhərində baş verib.

Yerli sakin polisə bildirib ki, 12 yaşlı oğlu evə qayıtmayıb. Axtarış təşkil edilib. Daha sonra Mazulka çayında üzərində balta zərbəsi izləri olan oğlan meyiti tapılıb.

Şübhə mərhumun ögey atası və yeniyetmənin bir gün əvvəl baş çəkdiyi 11 yaşlı sinif yoldaşının üzərinə düşüb. Tezliklə itkin düşən oğlanın dostu etiraf edib ki, o, dostunu “anasına qarşı təhqiramiz ifadələr işlətdiyi üçün” öldürüb.

Onun sözlərinə görə, aralarında münaqişə olub və bu zaman o, balta ilə qonağın baş nahiyəsindən vurub. Bundan sonra meyiti arabaya qoyaraq çaya aparıb və atıb. Şübhəlinin evindən zərərçəkənin bel çantası və digər əşyaları tapılıb və o, sosial müəssisəyə yerləşdirilib.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir