Dünya

İraqdakı ABŞ hərbi bazasına hücum olub

Sharing is caring!


İraq İslam Müqavimət Hərəkatının döyüşçüləri İraqın şimalında ABŞ və beynəlxalq qüvvələrin yerləşdiyi Əl-Hərir aviabazasına pilotsuz uçuş aparatı ilə zərbə endiriblər.

Bu barədə hərəkatın “Telegram” kanalında dərc olunan mesajda deyilir.

Təşkilat ABŞ bazasına zərbə endirməsini “düşmənin Qəzza zolağındakı cinayətlərinə cavab” kimi izah edib.

Bildirilib ki, PUA nəzərdə tutulan hədəfi vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir