Dünya

Edirnedə qasırğa yük maşınını aşırıb, evlərin damlarını uçurub – VİDEO

Sharing is caring!


Türkiyənin Edirne şəhərinin İpsala rayonunda güclü qasırğa baş verib.

Məlumata görə, qasırğa nəticəsində yük maşını İpsala Gömrük Qapısına gedən yolda aşıb.  Bundan başqa qasırğa evlərin damlarını uçurub, həmçinin elektrik naqillərini qoparıb, ağacları aşırıb.

Qeyd edək ki, ərazidə yanğınsöndürmə qrupları iş aparır.

Mənbə: iha.com.tr

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir