Dünya

İsrail hərbçiləri “Əş-Şifa” xəstəxanasının direktorunun xahişini yerinə yetirəcək

Sharing is caring!


“İsrail Müdafiə Qüvvələri “Əş-Şifa” xəstəxanasının direktorunun xahişi ilə xəstəxananın təxliyəsində kömək etməyə razılıq verib”.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım edilib.

Bildirilib ki, İsrail Müdafiə Qüvvələri “Əş-Şifa” xəstəxanasının direktorunun xəstəxanada olan və oranı tərk etmək istəyən Qəzza sakinlərinin təhlükəsiz marşrutla təxliyəsinə icazə verilməsi istəyi ilə razıdır.

Həmçinin qeyd edilib ki, tibbi personal xəstəxanada qalacaq və təxliyə olunan xəstələrə kömək edəcək.

İsrail Müdafiə Qüvvələri eyni zamanda ötən gecə xəstəxananı əlavə olaraq qida məhsulları, su və humanitar yardımla təmin edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir