Dünya

Almaniyada kansler Şoltsun saç düzümünə çəkilən xərcləri hesablayıblar

Sharing is caring!


Almaniya federal hökuməti 2023-cü ilin yanvar ayından keçəl Almaniya kansleri Olaf Şolts, eləcə də digər dövlət məmurları üçün saç və vizajist üçün çəkilən xərcləri hesablayıb.

Almaniya liderinin saç ustası və makiyajına 23 min avrodan çox (təxminən 42,4 min manat – red.) xərclənib. Almaniyanın xarici işlər naziri Berbok imicinə 98,770 min avro (təxminən 182,1 min manat – red.) xərcləyib. Almaniya Müdafiə Nazirliyi idarə rəisi Boris Pistorius saç və makiyajına 3869 avro (təxminən 7,1 min manat – red.) xərcləyib.

Almaniyanın siyasətçilərinin xarici görünüşünə ümumilikdə 186 min avro (təxminən 343 min manat – red.) xərclənib.

Mənbə: bild.de

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir