Dünya

Salome Zurabişvili: “Avropaya inteqrasiya prosesi Gürcüstanın Avropa ailəsinə qayıtması yoludur”

Sharing is caring!


Gürcüstan Prezidenti Salome Zurabişvili “Orbeliani” sarayında “Avropaya səsimiz” kampaniyasına qoşulan mədəniyyət sahəsinin nümayəndələrini qəbul edib.

Məlumata görə, prezident qonaqlar qarşısında çıxış edərək Gürcüstanın Avropaya inteqrasiyası prosesinin əhəmiyyətindən danışıb.

“Avropaya inteqrasiya prosesi Gürcüstanın Avropa ailəsinə qayıtması yoludur. Bu, müxtəlif formalarda ola bilər, lakin biz bilirik ki, geriyə dönüş yoxdur. Geri çəkilmək Gürcüstanın sonudur! Ona görə də biz irəliləyirik. Əvvəlcə siz irəli gedin, biz hamımız sizin arxanızca gəlirik”, – deyə Gürcüstan prezidenti bildirib.

Mənbə: apsny.ge

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir