Dünya

Ermənistanın Türkiyə ilə sərhədindəki keçid məntəqəsində işlər başa çatır

Sharing is caring!


Ermənistanla Türkiyənin sərhədində “Marqara” keçid məntəqəsinin tikintisi gələn həftə başa çata bilər.

Ermənistan mediasının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ölkənin Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyan deyib.

“Məntəqədə işlər demək olar hazırdır. Tikinti müqaviləsində müəyyən edilmiş konkret müddətlər var. Amma gələn həftə o, çox güman ki, hazır olacaq. Demək olar ki, bütün işlər görülüb”, – deyə o bildirib.

R.Badasyan Ermənistan-Türkiyə sərhədinin açılış tarixi  ilə bağlı məsələlərə münasibət bildirməyib və bunun onun səlahiyyətinə aid olmadığını qeyd edib.

Qeyd edək ki, bu il mayın 27-də bildirilib ki, Ermənistan Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinin tikintisinə hazırlaşır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir