Dünya

Hindistanda sirli qəbilə üzvləri inanclarını göstərmək üçün bütün bədənlərinə gizli söz döydürürlər – FOTO

Sharing is caring!


Mərkəzi Hindistanda yaşayan sirli qəbilənin üzvləri öz tanrılarına o qədər bağlıdırlar ki, onun adını bütün bədənlərinə döydürürlər.

Tədqiqatçı və videoqraf Dryu Binski “Ramnami Samac” sektasını ziyarət edib və onların arasında inanclarına qəribə sədaqət nümayiş etdirənlərin sayının azalmasının, lakin inanclarının həmişə olduğu kimi güclü olduğunun şahidi olub.

Bütün bədəninə döymə etdirən insanlar purnanakşik adlandırılırlar. Onların bədənlərində, üzlərində və bəzi hallarda dillərində “Ram” sözü döymə etdirilib. Bu insanlar güclü inancları səbəbindən döymənin onlara heç bir zərər vermədiyini söyləyirlər.

Ancaq bu günlərdə “Ramnami” qəbiləsinin gəncləri bu döyməni bütün üzlərinə döydürməkdən çəkinirlər. Bunun əvəzinə onlar bədənlərinin paltarın altında qalan hissəsinə gözə çarpmayan “Ram” sözünü döydürürlər.

Mənbə: Daily Star

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir