Dünya

Yaponiyada avtomobil İsrail səfirliyinin yaxınlığındakı polis hasarını dağıdıb – VİDEO

Sharing is caring!


Yaponiyanın paytaxtı Tokio şəhərində avtomobil tam sürətlə İsrail səfirliyinin yaxınlığında olan polis hasarını dağıdıb.

Məlumata görə, qəza nəticəsində Yaponiyanın paytaxtında İsrail diplomatik missiyasını qoruyan bir polis əməkdaşı yaralanıb. Qəzaya uğrayan avtomobilin sürücüsü hadisə yerində saxlanılıb. İlkin versiyaya görə, qəzanı törədən şəxs yapon ifrat sağçı qruplarından biri ilə əlaqəli ola bilər.

Hadisənin digər təfərrüatı, o cümlədən sürücünün motivləri məlum deyil, lakin son vaxtlar Yaponiyada sağçı radikalların Fələstinə dəstək mitinqlərində nəzərəçarpacaq dərəcədə iştirakı müşahidə olunur.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir