Dünya

İsrailə 7 oktyabr hücumunun ilk saatları – HƏMAS yaraqlısının kamerasından – VİDEO

Sharing is caring!


İsrail Müdafiə Ordusu oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının ölkələrinə daxil olmasının eksklüziv görüntülərini CNN müxbirlərinə təqdim edib.

Terrorçulardan birinin kamerasına çəkilən video 100 dəqiqə çəkir. Video hücuma başlamaq üçün siqnal kimi görünən bir partlayışla başlayır.

Yaraqlılar bir neçə dəqiqə ərzində Qəzzanı İsraildən ayıran ilk sərhəd hasarını aşırlar. Silahlı şəxs daha sonra, çox güman ki, irəliyə doğru yolu bilərək, “Sağa!” deyə qışqırır. İki dəqiqə keçməmiş HƏMAS yaraqlıları ikinci hasardan keçirlər. Motosikletli yaraqlılar İsrail ərazisinə çatdıqdan sonra kibutza (İsraildə sosial prinsiplər əsasında qurulmuş kənd təsərrüfatı icması – red.) tərəf gedirlər. Onların çoxunda “AK-47” tipli tüfəng, bəzilərində qumbaraatan görünür.

17-ci dəqiqədə pikap dayanır və təcavüzkar ilk dəfə uzaqdan İsrail binalarının göründüyü açıq sahəyə atəş açır. Bütün bu müddət ərzində yaraqlılar İsrail ərazisi ilə demək olar ki, maneəsiz irəliləyir.

Kisufim kibutzu yaxınlığında silahlı şəxs maşınından düşür və qrupun digər üzvləri ilə birlikdə tarladan keçərək atəş açmağa başlayır. Videoda onun bir İsrail əsgərini öldürdüyü, sonra isə sevindiyi görünür. HƏMAS yaraqlıları daha sonra israillilərin cəsədlərinin yanı ilə yenidən İsrailin boş yolları ilə hərəkət edirlər. Ümumilikdə silahlılar 16 km-ə yaxın məsafəni maneəsiz qət ediblər.

Video terrorçunun vurulması və yerə yıxılması ilə bitir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir