Dünya

“Oskar-2024”ün aparıcısı məlum oldu – FOTO

Sharing is caring!


Məşhur ABŞ-li şoumen Cimmi Kimmel 2024-cü ildə yenidən “Oskar”ın aparıcısı olacaq. Bu, Kimmelin aparıcı kimi dördüncü “Oskar” mərasimi olacaq. O, 2017, 2018 və 2023-cü illərdə bu möhtəşəm film mərasimin aparıcı olub.

Kimmel həmişə dörd dəfə “Oskar” təqdim etmək arzusunda olduğunu etiraf edib. İndi bu göstəriciyə görə onun aparıcılıq sayı Vupi Qoldberq və Cek Lemmonla bərabərləşib.

Qeyd edək ki, Akademiya Mükafatları 96-cı dəfə 2024-cü il martın 10-da təqdim olunacaq.

Mənbə: Variety

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir