Dünya

Qəzzadakı Qüds xəstəxanası fəaliyyətini tamamilə dayandırıb, pasiyentlər təxliyə edilib

Sharing is caring!


Qəzza zolağında yerləşən Qüds tibb mərkəzində xəstələri müalicə etmək mümkünsüz hala gəldiyindən pasiyentlər anklavın cənubdakı xəstəxanalara yerləşdiriliblər.

Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

“Çətin və təhlükəli bir gün idi. Bu gün xəstəxananın başına gələn faciəvi vəziyyətə görə tibb mərkəzində qapalı qalan xəstələri, onların ailələrini və tibb qruplarını təxliyə edə bildik. Təxliyə 10 gündən çox mühasirədən sonra həyata keçirildi. Bu müddət ərzində tibbi və humanitar ləvazimatların xəstəxanaya çatdırılmasının qarşısı alınıb”, – deyə Fələstin Qızıl Aypara Cəmiyyətinin bəyanatında qeyd olunub.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir