Dünya

Co Bayden Si Cinpinlə görüşdü – VİDEO

Sharing is caring!


ABŞ Prezidenti Co bayden və Çin sədri Si Cinpin San-Fransiskoda görüşüblər.

Danışıqlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində baş tutub.

Bayden bildirib ki, ABŞ və Çin onların rəqabətinin münaqişəyə çevrilməməsini təmin etməlidir. Rəsmi Vaşinqton məhz buna çalışır.

Çin sədri isə bəyan edib ki, ölkəsilə ABŞ arasında münasibətlər rəvan getmir, rəqabət isə bu problemləri həll etməyəcək.

Qeyd edək ki, San-Fransisko görüşü ABŞ və Çin liderlərinin təxminən son bir ildəki ilk ikitərəfli əyani görüşüdür.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir