Dünya

Zaxarovadan Paşinyana: “İki stulda oturmaq heç kimə xeyir verməyib” – VİDEO

Sharing is caring!


“Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 23-də Minskdə keçiriləcək KTMT sammitində iştirakdan imtina etməsi və İrəvana Qərb silahlarının tədarükü “eyni zəncirin halqalarıdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə  NEWS.ru-nun sualını cavablandırarkən deyib.

Onun fikrincə, “iki stulda oturmaq” heç kimə xeyir verməyib.

“Biz Ermənistan rəhbərliyinin son bəyanatlarını və addımlarını, o cümlədən baş nazir Nikol Paşinyanın KTMT Kollektiv Təhlükəsizlik Şurasının Minskdə keçiriləcək sessiyasında iştirakdan imtinasını, cənab Qriqoryanın (Ermənistan Təhlükəsizlik Şurasının katibi – red.) “Avropa inteqrasiyası” və ya “bloklara qoşulmayan Ermənistan” barədə bəyanatlarını, respublikaya Qərb silahlarının tədarükünün genişləndirilməsi, İrəvanın Kiyev rejimi ilə qəfil “dostluğu”nu bir zəncirin halqaları kimi nəzərdən keçiririk”, – Zaxarova bildirib.

O, bu cür hərəkətlərin Ermənistanın əsarətinə düşməsinə səbəb ola biləcəyini vurğulayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir