Dünya

İranda şənlik tədbirindən yüzlərlə insan həbs edildi – FOTO

Sharing is caring!


İranın Seman əyalətində şənlik mərasimində yüzlərlə insan həbs edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı əyalətin polis idarəsinə istinadla xəbər verib.

Bildirilir ki, Şahrud şəhərində keçirilən tədbirdə saxlanılan qadın və kişilərin sayı ümumilikdə 300 nəfər olub.

Onlar tədbirdə şəriət qaydalarına əməl etməməkdə ittiham olunublar.

Həmçinin şənliyin keçirildiyi restoranın fəaliyyəti dayandırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir