Dünya

Braziliyanın ən böyük şəhərində havanın temperaturu 58 dərəcəni keçib

Sharing is caring!


Braziliyanın ən böyük şəhərlərindən biri olan Rio-de-Janeyroda havanın temperaturu rekord qırıb.

Yerli meteoroloji xidmətlərin məlumatına görə, Rio-de-Janeyroda havanın temperaturu 58,5 dərəcəyə qədər istiləşib. Bu da sözügedən şəhərdə meteoroloji müşahidələr tarixində qeydə alınan ən yüksək səviyyədir.

Əvvəlki rekord 2023-cü ilin fevralında qeydə alınan 58 dərəcə olub.

Braziliyanın cənub-şərqində, şimalında və mərkəzi hissəsində yerləşən 15 ştatında həddindən artıq istilər səbəbindən maksimum xəbərdarlıq səviyyəsi elan edilib.

Mənbə: İnterfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir