Dünya

Kadırovun 15 yaşlı oğluna sayca yeddinci orden verilib

Sharing is caring!


Çeçenistanın rəhbəri olan Ramzan Kadırovun 15 yaşlı oğlu Adam Kadırov “İslam dininə xidmətə görə” 1-ci dərəcəli ordeni ilə təltif edilib.

Bu barədə Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat yayıb.  

Çeçenistan rəsmisinin sözlərinə görə, Adam Kadırova mükafatı Çeçenistan Respublikasının müftisi Şeyx Salah-Hacı Mejiyev təqdim edib.

Məlumat üçün əlavə edək ki, bu, Adam Kadırovun sayca yeddinci mükafatıdır. 

Bir müddət əvvəl Tatarıstan rəhbəri Rüstəm Minnixanov Ramzan Kadırovun oğlunu “Dostluq” ordeni ilə təltif edib.

O, digər mükafatları Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan və Kabarda-Balkar Respublikasının başçısı Kazbek Kokovdan alıb.

Adam Kadırovun, həmçinin yerli parlamentin ən yüksək “Daimehkan Siy” ordeni ilə təltif edilib.

Bundan əlavə yeniyetmə Çeçenistanın qəhrəmanı tituluna və “millətlərarası və konfessiyalararası sülh və harmoniyanın möhkəmləndirilməsində mühüm xidmətlərinə görə” ordeninə sahibdir.

Mənbə: Prufy.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir