Dünya

III Çarlz 75 yaşını qeyd edir

Sharing is caring!


Noyabrın 14-ü Böyük Britaniyanın kralı III Çarlzın 75 yaşı tamam olur və o, ad gününü həyat yoldaşı kraliça-konsort Kamilla ilə birlikdə müxtəlif xeyriyyə təşkilatlarına baş çəkərək qeyd edir.

Kral ailəsinin “X” sosial şəbkəsindəki rəsmi hesabında III Çarlzın həyatının müxtəlif illərində çəkilmiş fotoşəkilləri olan video dərc olunub.

Kralı sosial şəbəkələrdə vəliəhd şahzadə Uilyam və onun həyat yoldaşı, Uels şahzadəsi Ketrin də təbrik edib.

Günorta saatlarında Britaniya hərbçiləri monarxın doğum günü münasibətilə Londonda Qrin-Parkda ətəşfəşanlıq ediblər. Axşam isə bütün ölkə ərazisində təntənəli atəşfəşanlıq təşkil ediləcək.

Kralın bu günü ailəsi və yaxın dostları ilə şam yeməyi ilə başa vuracağı gözlənilir.

KİV-də yayılan xəbərlərə görə, şahzadə Harri və həyat yoldaşı Meqan Markl naharda iştirak etməyəcək və III Çarlzı telefonla təbrik edəcəklər.

Mənbə: Interfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir