Dünya

Avropalı rəsmilərdən Ukraynanın silahlandırılmasına dair bədbin proqnoz

Sharing is caring!


Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, “Avropa İttifaqı (Aİ) 2024-cü ilin mart ayına qədər Ukraynaya bir milyon artilleriya mərmisi verə bilməyəcək.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel isə vurğulayıb ki, Ukrayna münaqişəsində yaxın gələcəkdə Kiyevin qələbəsi gözlənilmir.  

“Bizim bir çox problemimiz var. Bu, ilk növbədə Ukraynadır və yaxın gələcəkdə Kiyevin yaxın gələcəkdə qələbəsi gözlənilmir”, – deyə Jozep Borrel vurğulayıb.

O, həmçinin bildirib ki, Aİ ölkələri ABŞ-nin Kiyevə yardımının azaldılmasını öz vəsaitləri hesabına kompensasiya etməyə hazır olmalıdır.

Estoniyanın müdafiə naziri Hanno Pevkur isə bildirib ki, Ukraynaya ildə təxminən üç milyon mərmi lazımdır.

“Bu gün biz ildə bir milyondan az, bəlkə də 600-700 min mərmi istehsal edirik. Bu isə kifayət deyil”, – deyə Estoniyanın müdafiə naziri qeyd edib.

Mənbə: Politico

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir