Dünya

Teodor Deçev: “Erməni tərəfi daha hansı hərbi məğlubiyyəti gözləyirdi?” – ŞƏRH

Sharing is caring!


Brüsselin Ermənistan-Azərbaycan danışıqları üçün platforma yaratmaq səyləri Fransa və digər ölkələr, eləcə də bəzi beynəlxalq təşkilatlar və fondlar tərəfindən pozulur. Paris sayəsində Avropa İttifaqı artıq dürüst broker kimi qəbul edilmir.

Bu barədə Oxu.Az bolqar analitik, dosent, Bolqarıstan Ali Təhlükəsizlik və İqtisadiyyat Məktəbinin Qara dəniz və Xəzər regionu problemləri üzrə laboratoriyasının rəhbəri, doktor Teodor Deçevlə söhbət edib.

Noyabrın 13-də Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Brüssel, həqiqətən də, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə nail olmaq üçün vasitəçi rolunu oynamaqda davam etmək istəyir. Fransa müdaxilə edənə qədər Avropa İttifaqı, doğrudan da, bir müddət uğurla işləyib. Daha sonra Fransa Ermənistana silah tədarük etməyə başladı və Parisin meri Ann İdalqo dekabrın 10-da Qarabağ ermənilərini “Parisin fəxri vətəndaşları” elan etməyi vəd verdi. Lakin bütün bu hərəkətlər Ermənistan üçün ümid illüziyası yaradır və nəticədə İrəvan sülh sazişinin imzalanmasına razılıq verməkdə tərəddüd edir. Azərbaycan isə öz əsas vəzifəsini icra edib. Əgər İrəvan sülh müqaviləsi istəmirsə, bu onun öz işidir, çünki bunun Bakıya heç bir təsiri yoxdur.

Teodor Doçevin fikrincə, Paris yalançı ümidlər verir. O, Fransadakı böyük erməni diasporunun bu ölkədə istənilən seçki üçün ciddi faktor olduğunu bildirib və qeyd edib ki, bütün Fransa siyasi qüvvələri bu insanların rəğbətini qazanmaq istəyir.

“Mən ermənilərin məntiqini başa düşə bilmirəm. Özünüz düşünün. Birinci Qarabağ müharibəsi şərti olaraq 1988-ci ildən 1994-cü ilə qədər davam edib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi 44 gün davam etdi və Azərbaycanın qələbəsi ilə başa çatdı. 2023-cü ilin sentyabrında Azərbaycanın bütün ölkə ərazisində suverenliyinin bərpası ilə başa çatan antiterror tədbirləri 24 saatdan az davam edib. Bilmirəm, erməni tərəfi daha hansı hərbi məğlubiyyəti gözləyirdi?” – deyə Deçev bildirib.

Analitik, həmçinin qeyd edib ki, vaxtilə ermənilər, beynəlxalq hüququn Azərbaycanın tərəfində olmağına baxmayaraq, döyüş meydanında onların qalib gəldiklərini və buna görə də haqlı olduqlarını deyirdilər, lakin indi isə hətta bu arqumenti də irəli sürə bilmirlər. O, hansı məntiqlə ermənilərin Birinci və İkinci Qarabağ müharibələri arasında olduqlarını hesab etdiklərini başa düşmədiyini qeyd edib.

“Bununla belə, məncə, Ermənistanın siyasi rəhbərliyi vəziyyəti yaxşı dərk edir. Onlar, sadəcə olaraq, keçmiş təcrübəsini unutmurlar. Məsələn, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan Azərbaycanla sülhdən danışsa da, sonda hakimiyyətini itirmişdi. Paşinyan da indi oxşar vəziyyətdədir, ona görə də o, anti-Azərbaycan fəaliyyətini imitasiya edir. Fransa kimi müəyyən qüvvələr var ki, bu siyasi teatrın səhnəsində onları oyuncağa çeviriblər. Amma bu, təkcə Azərbaycanı deyil, digər ölkələri də əsaslı şəkildə qıcıqlandırır”, – deyə Teodor Deçev əlavə edib.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir