Dünya

Fələstin Qəzzadakı bütün xəstəxanaların 48 saat ərzində bağlanacağını bəyan etdi

Sharing is caring!


Qəzzada fəaliyyət göstərən bütün xəstəxanalar yardım göstərilməzsə, 48 saat ərzində bağlanacaq.

Bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.

“Əgər kömək gəlməsə, Qəzza zolağındakı bütün xəstəxanaların işi yaxın 48 saat ərzində dayandırılacaq”, – deyə nazirlik nümayəndəsi qeyd edib.  

Qeyd edək ki, daha əvvəl Qəzza zolağında xəstəxanaların dərman, tibbi avadanlıq və generatorlar üçün yanacağa kəskin ehtiyacı olduğu bildirilib. Fələstin Qızıl Aypara təşkilatı isə Qəzza zolağında ən azı 22 xəstəxananın (mövcud 35 xəstəxanadan) fəaliyyətini dayandırdığını nəzərə çatdırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir