Dünya

İranlı hərbçidən rusiyalı generala təklif: “Biz dron verək, siz isə əvəzində… “ – VİDEO

Sharing is caring!


İran və Rusiya Ukraynada müharibə başlamazdan üç il öncə dronların istehsalı üzrə əməkdaşlığa başlayıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki,  SEPAH-a bağlı media İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə ilə onun rusiyalı keçmiş həmkarı Sergey Surovikin arasında 2019-cu ildə baş tutan görüşün videosunu paylaşıb.

“Pilotsuz uçuş aparatları bu gün, xüsusən də gələcək üçün, şübhəsiz ki, nəhəng bir gücdür. Siz kosmik sənayeninin yaradılmasında bizə kömək edirsiniz, biz də sizə dron sənayesində yardım edəcəyik”, – deyə, Əmir Əli Hacızadə qeyd edib.

Videodan da göründüyü kimi, tərəflər arasında dialoq əl sıxma ilə başa çatır.

Qeyd edək ki, bu görüntülər ilk dəfə İranın təkmilləşdirilmiş Şahid-131/136 pilotsuz təyyarələrini nümayiş etdirən “Bayraqdar” sənədli filminin treylerində dərc edilib. Filmdə İran və Rusiya arasında hərbi-texniki əməkdaşlıqdan da söz açılır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir