Dünya

“The Washington Post”: “HƏMAS İsrailə qarşı ikinci hücum dalğasına hazırlaşırdı”

Sharing is caring!


“HƏMAS döyüşçüləri İsrailə qarşı ikinci hücum dalğasına hazırlaşırdılar. Radikallar Yaxın Şərqdə genişmiqyaslı münaqişəni qızışdırmağa çalışırdılar”.

Bu barədə “The Washington Post” nəşri dörd Qərb ölkəsinin və Yaxın Şərqin kəşfiyyat icmalarındakı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, Fələstin radikal hərəkatının nümayəndələri ümid edirdilər ki, yeni hücum bütün regiona təsir edəcək və İsrail tərəfindən “güclü cavab reaksiyası” doğuracaq.

Nəşrin mənbələri bildiriblər ki, HƏMAS döyüşçülərinin bir neçə gün dayana biləcəkləri çoxlu ərzağı, sursatı və avadanlığı olub.

Bundan əlavə, qeyd edilib ki, HƏMAS yeni hücumunda uğur əldə edəcəyi təqdirdə İsrailin daha dərinlərinə doğru irəliləməməyi və ölkənin iri şəhərlərinə zərbələr endirməyi planlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir