Dünya

Netanyahu Qəzzada məskunlaşma fəaliyyətinin bərpası ehtimalını rədd edib

Sharing is caring!


“İsrail hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağında yaşayış məntəqələrinin tikintisini bərpa etmək niyyətində deyil, planlar yalnız təhlükəsizlik nəzarəti üçündür”.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bəyanat verib.

O, mətbuat konfransında hakim koalisiyanın məskunlaşma fəaliyyətini bərpa etməyi mümkün hesab edib-etməməsi ilə bağlı sualı cavablandırıb.

“Xeyr, mən belə düşünmürəm. Mən təhlükəsizlik sektoruna nəzarət etməyimizi istəyirəm, Qəzza zolağının demilitarizasiyasını həyata keçirməliyik, orada heç bir silah olmadığına əmin olmalıyıq, lakin mən hesab etmirəm ki, bu, (İsrail qəsəbələrinin tikintisi) real məqsəddir”, – deyə o bildirib.

Netanyahu həmçinin qeyd edib ki, Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində HƏMAS hərəkatı kimi istənilən radikal qüvvələr bu ərazinin idarəçiliyindən uzaqlaşdırılmalıdır. Bununla yanaşı, baş nazir hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağında mülki administrasiyanın necə olacağı ilə bağlı suala konkret cavab verməyib.

Xatırladaq ki, Qəzza zolağı 1967-ci ildə Altı Günlük Müharibədən sonra İsrailin nəzarətinə keçib və bundan sonra orada İsrail yaşayış məntəqələrinin tikintisinə başlanılıb. 2005-ci ildə İsrail birtərəfli qaydada döyüşdən çıxma planının bir hissəsi olaraq qoşunlarını Qəzza zolağından tamamilə çıxarıb və orada yerləşən bütün yəhudi yaşayış məntəqələrini boşaldıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir