Dünya

Qarabağ torpağı Türkiyə parlamentində partiya sədrinə təqdim olunub

Sharing is caring!


Qarabağdan aparılan torpaq bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) İYİ Partiya sədri Meral Akşenerə təqdim olunub.

“Report”un Ankara bürosunun xəbərinə görə, tədbir Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə təşkil edilib.

Torpağı İYİ Partiyadan olan deputat Kürşad Zorlu Qarabağa səfəri zamanı götürüb və özü ilə qardaş ölkəyə aparıb.

Torpağı partiya sədrinə Ankara Yıldırım Bəyazit Universitetinin azərbaycanlı tələbəsi Sədrəddin Məmmədli və Ankara Universitetində təhsil alan azərbaycanlı Qüdrət Səmədov təqdim edib.

“Bunu partiyamız Azərbaycanın Qarabağdakı zəfərinin ilk günündən etmək istəyirdi”, – K.Zorlu bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir