Dünya

ABŞ-nin atom sualtı qayığı Fars körfəzinə girdi

Sharing is caring!


ABŞ-nin “Ohayo” sinfinə aid atom sualtı qayığı “USS Florida” Fars körfəzinin sularına daxil olub.

Bu barədə “Bloomberg” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Vaşinqton bu yolla Yaxın Şərqdə münaqişənin genişlənməsindən qaçmaq üçün güc nümayiş etdirməyə və Tehranı çəkindirməyə ümid edir.

Məlumata görə, “Florida” – atom sualtı qayığı olsa da, nüvə silahı daşımır. Onun silahlandırmasında 154-ə qədər “Tomahawk” qanadlı raketi ola bilər. Bundan başqa sualtı qayıq göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 66-a qədər xüsusi təyinatlısını daşıya bilər.

Xatırladaq ki,  noyabrın 6-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Birləşmiş Ştatların Yaxın Şərqə “Ohayo” sinifli sualtı qayıq göndərdiyini, ancaq söhbətin hansı sualtı qayıqdan getdiyi və dəqiq olaraq harada yerləşdiyi barədə məlumat verməmişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir