Dünya

Başqırdıstanda “Vaqner” döyüşçüsü saxlanılıb: Qızı qaçıraraq təcavüz edib

Sharing is caring!


Başqırdıstanda “Vaqner” özəl hərbi şirkətinin keçmiş döyüşçüsü tanışı olan qızı qaçıraraq təcavüz edib.

25 yaşlı Oleq Mixaylov qətl cinayətinə görə 2022-ci ildə 18 il müddətinə azadlıqdan məhrum edilib. Lakin tezliklə o, “Vaqner”lə müqavilə imzalayıb və döyüş bölgəsinə yola düşüb. 2023-cü ilin aprelində isə əfv edilib.

Noyabrın 5-də o, tanışı olan 24 yaşlı qızı razı salıb ki, onu evinə ötürsün. Oleq çox sərxoş olduğunu və evə təkbaşına gedə bilməyəcəyini bəhanə gətirib. Qız razılaşıb. Nəticədə Oleq qızı zorla öz evinə salıb və bıçaqla hədələyərək ona təcavüz edib. Qız polisə zəng etməyə nail ola bilib və iki saatdan sonra azad edilib.

Hazırda Mixaylov saxlanılıb. Ona qarşı adam oğurluğu və seksual xarakterli zorakılıq hərəkətləri maddələri üzrə cinayət işi açılıb.

Mənbə: “Baza” “Telegram”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir