Dünya

Papanın Vatikanda səhhəti pisləşdi

Sharing is caring!


Papa Fransisk Vatikanın Apostol Sarayında audiensiya zamanı özünü pis hiss edib.

“Hamınıza salamlar. Çox bəyəndiyim bu səfər üçün təşəkkür edirəm, amma elə vaxtlar olur ki, özümü yaxşı hiss etmirəm və ona görə də çıxışı oxumağı yox, onu sizə çatdırmağı üstün tuturam”, – deyə 86 yaşlı pontifik Vatikana gələn Avropa ravvinlərindən ibarət nümayəndə heyətinin üzvlərinə müraciət edib.

Bundan əvvəl Roma Papası Fransisk bildirib ki, hazırda dünya müharibə vəziyyətindədir. O, buna səbəb kimi silah sənayesini göstərib. Papa İsrail və Fələstini dinc yanaşı yaşamağa çağırıb.

“Müharibədə bir şillə digərini gətirir. Müharibə məğlubiyyətdir. Bunu növbəti məğlubiyyət kimi qəbul etdim. Bir yerdə yaşamalı olan iki xalq. Oslo sazişi: İki çox məhdud dövlət və xüsusi statusa malik Qüds”, – deyə pontifik bildirib.

Mənbə: radio1.news

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir