Dünya

ABŞ İranı hərbi müdaxilə ilə hədələdi

Sharing is caring!


ABŞ Prezidenti Co Bayden administrasiyası İran və Fələstinin radikal “Hizbullah” qruplaşmasına mesajlar göndərib və bildirib ki, İsrailə hücum edəcəyi təqdirdə Birləşmiş Ştatlar hərbi müdaxiləyə hazırdır.

Bu barədə “The New York Times” Vaşinqtondakı rəsmi mənbələrinə istinadən yazıb.

Məlumata görə, mesajlar regionun digər ölkələri, o cümlədən Türkiyə vasitəsilə də çatdırılıb.

Nəşrdə o da vurğulanıb ki, İsrail ABŞ-dən polis qüvvələri tərəfindən istifadə üçün 24 min avtomat tələb edib və onların mülki şəxslərə də verilə biləcəyini qeyd edib.

Xatırladaq ki, Pentaqon Yaxın Şərqə əlavə 300 hərbçi göndərdiyini açıqlayıb.

Bundan əvvəl məlum olub ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Yaxın Şərqdə THAAD raketdən müdafiə sistemləri və “Patriot” zenit-raket komplekslərinin yerləşdirilməsinə göstəriş verib. Həmçinin ABŞ Yaxın Şərqə “USS Gerald R. Ford” və “USS Dwight D. Eisenhower” aviadaşıyıcılarını, həmçinin səkkiz müşayiət gəmisini göndərib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir