Dünya

Tramp Baydeni qabaqladı: Ən mühüm ştatlarda seçicilər onu dəstəklədi

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçki üçün ən vacib altı ştatdan beşində Ağ Evin hazırkı rəhbəri Co Baydendən daha çox seçici dəstəyi alıb.

Bunu “The New York Times” qəzetinin Siena Kolleci ilə birgə keçirdiyi sorğunun nəticələri sübut edir.

Nəşr qeyd edir ki, Bayden Arizona, Corciya, Miçiqan, Nevada və Pensilvaniyada Trampdan 4-10 faiz bəndi geridə qalır. ABŞ-nin hazırkı prezidenti yalnız Viskonsin ştatında birincini qabaqlayır.

Nəşr iddia edir ki, seçkilər indi keçirilsəydi, Tramp bu beş ştatda 67, Bayden isə cəmi 10 seçici səsini alacaqdı.

Vurğulanır ki, ABŞ-nin hazırkı prezidentinə dəstək ona görə azalır ki, amerikalıların təxminən 67%-i bu gün ölkənin yanlış istiqamətdə getdiyinə inanırlar.

Mənbə: The New York Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir