Dünya

İranda son 10 ayda edamların sayı 600-ü keçib – FOTO

Sharing is caring!


Bu ilin ilk 10 ayında İranda edamların sayı 600-ü keçib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, bu il icra olunan son ölüm hökmləri arasında əsasən qəsdən adamöldürmədə ittiham edilən yeddi məhbus Kərəcin Qızılhisar həbsxanasında dar ağacından asılıb.

“İnsan Hüquqları Şurasının Sosial Assambleyasına da sədrlik edən, BMT-yə üzv olan İran hökumətinin 10 ay ərzində 600-dən çox edam icra etməsinə, yəni gündə iki dövlət qətlinə beynəlxalq ictimaiyyət reaksiya verməlidir. Susmaq bu cinayətlərin üstüörtülü şəkildə təsdiqlənməsi deməkdir”, – deyə edam statistikası ilə bağlı İran İnsan Haqları Təşkilatının direktoru Mahmud Əmiri Muqəddəm bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir