Dünya

Türkiyə 95 ilin ən isti günlərini yaşayır

Sharing is caring!


Türkiyənin bir neçə şəhərində havanın istiliyi mövsüm üçün rekord həddə çatıb.

Türkiyənin Meteorologiya Baş İdarəsinin məlumatına görə, ölkənin qərbində – Bursada 32 dərəcə isti olub. İstilər güclü küləklə müşayiət olunub.

Qeyd edilir ki, bu, 1928-ci ildən bəri noyabr ayı üçün mütləq rekord hesab olunur.

İstanbulda termometrlər 26,7 dərəcə isti göstərib, şəhərdə cənub küləyi müşayiət olunub.

İzmirdə də havalar isti keçir. Burada son 64 ilin ən isti temperaturu – 30,2 dərəcə isti qeydə alınıb.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir