Dünya

Xorvatiyalı nazir Almaniya XİN rəhbərini dodağından öpmək istədi – VİDEO

Sharing is caring!


Xorvatiyanın xarici işlər və Avropa işləri naziri Qordan Radman Berlində keçirilən Aİ nazirlərinin sammitində Almaniyanın xarici işlər naziri Annalena Berboku dodağından öpməyə cəhd edib.

Radman əvvəlcə alman həmkarının əlindən tutub, daha sonra Berbokun dodaqlarından öpmək istəyirmiş kimi yaxınlaşır. Lakin Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri tez yayına bilir.

Hadisənin əslində Xorvatiyanın xarici işlər nazirinin fotosessiyaya gecikməsi səbəbindən baş verdiyi iddia edilir. Radman bu yolla həmkarını salamlamaq istəyib, çünki bu vaxta qədər bütün nazirlər artıq bir-birini salamlayıblar. Qeyd olunur ki, o, artıq Berbokdan üzr istəyib.

Mənbə: Bild

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir